Türkmənistan yaxın vaxtlarda Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi dəniz bazasını yaradacaq. Bu bəyanatla Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov Təhlükəsizlik Şurasının iclasında çıxış edib. Dövlət başçısı qeyd edib ki, Türkmənistanın böyük dəniz sərhədi var və onu əsaslı şəkildə qorumaq lazımdır. “Bununla əlaqədar mənim tapşırığımla dəniz sərhədinin möhkəmləndirilməsi və Xəzərin dövlətimizə aid sahilinin kənar müdaxilələrdən qorunması üzrə xüsusi iş həyata keçirilir”, - deyə cənab Berdımuhəmmədov bildirib.