Bir–iki il bundan əvvəl hökumətin iqtisadi siyasətini bir qədər kəskin tənqid etdiyinə görə deputatı mandatından məhrum edən parlament bu il, deyəsən, cəsarət sahibi olduğunu sübut etməyə cəhd etdi – 40 deputatın çıxışından sonra büdcə layihəsini bir az da işlənilmək üçün geri qaytardı və buna görə hökumətə on gün vaxt verdi. İndi hökumət on gün ərzində «investisiya və sosial yönümlü», «müdafiə xarakterli» büdcəyə bəzi korrektlər etməlidir.