Zamir Zakiroğlu
Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən park artıq bir müddətdir ki, təmirə bağlanmışdır.Park müasir səviyyədə ot örtüyü və sairə avadanlıqlarla təchiz olunmaqdadır.Həmin parkda Azərbaycan xalqının nağıl qəhrəmanı olan “Koroğlu”nun heykəli ucaldılıb. Lakin, çox bərbad halda...
“Koroglu”nun döyüşlərindəki qalibiyyətlərdə böyük rolu olan “Qır at”ın uzunqulağa bənzədilməsi, dizlərinin qatlanmış formada olması, qır atın belində olan “Koroğlu”nun isə cılız bir insan kimi göstərilməsi ilk andaca nəzərləri cəlb edir.”Koroğlu” nağıllardan da məlum olduğu kimi yekəpər, iri qüssəli, enli kürək bir şəxsiyyət olmuşdur. Lakin, heykələ baxdıqda həmin təsəvvürlərin tam əksini görmək olur.Bundan başqa onun qılıncının kiçik ölçüdə oması, sanki, “uşaq oyuncağı”nı xatırladır.Halbuku, biz bilirik ki, onun nəhəng, qeyri adi misri qılıncı olmuşdur. Başındakı papağının isə indiki “molla papağı” kimi düzəldilməsi və sairə, sairə komponentlərə görə Koroğluya qətiyyən bənzətmək olmur və Koroğluya heç layiq də deyil...Təkcə 20 metrlik sütunundan başqa.