Zamir Zakiroğlu
Mən bu gün respublikamızda kifayət qədər önəmli olan maaş və təqaüdlərin alındığı bankomatların vəziyyətindən söhbət açacağam. Hamıya məlumdur ki, dövlətimiz inkişaf edir, güclənir Aşağıda qeyd etdiyim sahənin də inkişafı üçün müəyyən tədbirlər görmək lazımdır. Regionlarda bankomatların artırılmasın böyük ehtiyac vardır. Ayın sonu gəldikdə maaş və təqaüdlərin verilməsi ilə əlaqədar bankomatların qarşısında böyük problemlər, uzun-uzadı növbələr yaranır. Bu da ürəkaçan hal deyil. Bütün ömrünü əməyə sərf etmiş bir yaşlı insan istirahət etmək əvəzinə günlərlə pul almaq üçün şaxtada boranda, yağışda növbələrdə durur. Axı onlar bilsəydilər ki, Azərbaycanın elminin , təhsilinin inkişafı yolunda dayanmadan çalışıb, ömürlərini əməyə sərf etdikdən sonra belə əngəllərlə öz təqaüdlərini alacaqlar, inanmıram ki onlar bu vəziyyətə razı olardılar. Yaxud da xəstəliyinə görə dövlətimiz tərəfindən pul yardımı alan şəxs gəl ki bu sıxlıqda necə “baş çıxartsın”
Belə bir hadisə məni bir vətəndaş kimi düşündürdü ki yəni, Azərbaycanda sürətlə inkişaf getdiyi belə bir vaxtda həmi bankomatların sayını artırmaq qeyri mümkündür ? Bu sıxlıq nəticəsində cinayət faktlarının da sayının artması baş verir. Belə əlverişli hal oğru cibgirlərin işinə yarayır. Daha başqa cür yanaşma...Bu il ölkəmiz möhtəşəm bir yarışmaya ev sahibliyi edərək. Dövlətimizə minlərlə turist gələcək. Azərbaycanın hər tərəfli inkişafını görən xarici turistlər bu vəziyyətin şahidi olduqda dövlətimizə qarşı fikirləri 180 dərəcə dəyişəcəkdir.
Mən inanıram ki, aidiyyəti qurumlar belə problemlərin baş verməməsinə çalışacaqlar. Biz daim, hər an çalışmalıyıq ki, Azərbaycanımız çiçəklənsin, güclənsin, nəhəng olsun və tez bir zamanda dünyaya inteqrasiya etsin. Cənab prezidentimiz İlham Əliyevin vətənimizin inkişafı uğrunda etdiyi səylər də elə məhz bu yöndədir.