27 may və 14 iyun 2011-cu il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 77 dövlət orqanı üzrə 740 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2011-cu il 8 iyul – 2011-ci il 12 avqust tarixlərdə keçirilmişdir.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılmışdır:
1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilmişdir.
Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak etmişlər.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 4199 namizəd qeydə alınmışdır. Onlardan 1148 nəfəri (bütün namizədlərin 27.34%-i, test imtahanında iştirak edən 3384 namizədin 33.92%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən
- 543 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
- 310 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
- 295 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır.
Namizədlərdən 815 nəfəri (bütün namizədlərin 19.41%-i) test imtahanında iştirak etməmişdir. Bunlardan 171 nəfəri İqtisadi İnkişaf Nazirliyi, 86 nəfəri Təhsil Nazirliyi, 54 nəfəri Mədəniyyət və Turizm Nazirliyi, 48 nəfəri isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə qeydə alınmış namizədlərdir.
Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılmış və Komissiyasının rəsmi internet saytında da yerləşdirilmişdir.
- Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
İqtisadi İnkişaf Nazirliyi - 28 yerə qarşı qeydə alınmış 644 namizəddən 125-i test imtahanından uğurla keçib;
- Təhsil Nazirliyi - 64 yerə qarşı qeydə alınmış 414 namizəddən 99-u test imtahanından uğurla keçib;
- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi - 10 yerə qarşı qeydə alınmış 301 namizəddən 76-sı test imtahanından uğurla keçib;
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 73 yerə qarşı qeydə alınmış 161 namizəddən 73-ü test imtahanından uğurla keçib;
- Bakı Ağır Cinayətlər Məhkəməsi - 25 yerə qarşı qeydə alınmış 141 namizəddən 72-i test imtahanından uğurla keçib.
Test imtahanının nəticələrinin dövlət orqanları üzrə ümumi statistik cədvəli
Qeyd:s
- Dövlət orqanlarının sıra düzümü test imtahanında uğur əldə etmiş namizədlərin sayına uyğun olaraq çoxdan aza doğru verilmişdir;
- Müsabiqə vəziyyəti dedikdə 1 vakant yerə düşən ərizələrin orta sayı nəzərdə tutulur;
- Test imtahanının nəticələri sütunundaki "A" nəticəsi - 6 və ya 7-ci təsnifat inzibati vəzifəyə iddia edən namizəd iddia etdiyi vəzifə üzrə keçid ballarını toplamışdır, müsahibə mərhələsinə buraxılır;
- Test imtahanının nəticələri sütunundaki "B" nəticəsi - 8 və ya 9-cu təsnifat inzibati vəzifəyə iddia edən namizəd iddia etdiyi vəzifə üzrə keçid ballarını toplamışdır, müsahibə mərhələsinə buraxılır;
- Test imtahanının nəticələri sütunundaki "C" nəticəsi - 6 və ya 7-ci təsnifat inzibati vəzifəyə iddia edən namizəd iddia etdiyi vəzifə üzrə keçid balını toplamamışdır, 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər.